Bakı Weather --°C
|

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

15.07.2026 15:58 | 1

[center]Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ[/center]
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Daha çox xəbər