Bakı Weather --°C
|

Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib

29.06.2026 16:56 | 9

[center]Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib[/center]
Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib.

Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, saziş bu il mayın 4-də Kito şəhərində imzalanıb.  

Daha çox xəbər