Bakı Weather --°C
|

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

23.06.2026 10:35 | 7

[center]Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək[/center]
Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, qəsəbə ərazisində diametri 89 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə iyunun 23-də saat 11:30-da başlayacaq təmir-bərpa işləri ilə əlaqədar 1200 abonentin qaz təchizatında fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra abonentlərin qazla təminatı bərpa ediləcək.

Daha çox xəbər