Bakı Weather --°C
|

Dövlət Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik

10.03.2026 12:12 | 1
[center]Dövlət Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik[/center]
Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş raket görmək istəmədiyini bildirib.
O bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deyib.
Baxçalının sözlərinə görə, Türkiyə qonşuluq hüququnu qorumaq istəyir:
"Lakin Türkiyə elə bir ölkə deyil ki, istəyən raket atsın. Bunu açıq şəkildə bildiririk. Bir daha Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş bir raket görmək istəmirik".
Qeyd edək ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan iki raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Daha çox xəbər