Bakı Weather --°C
|

NATO patrul xidməti üçün Türkiyədən F-16-ları vaxtından əvvəl təqdim etməyi xahiş edib

13.01.2026 10:30 | 5
[center]NATO patrul xidməti üçün Türkiyədən F-16-ları vaxtından əvvəl təqdim etməyi xahiş edib[/center]
NATO 2026-cı ildə Baltikyanı ölkələrdə hava patrulu missiyası çərçivəsində Türkiyə-dən F-16 qırıcılarını planlaşdırılandan daha erkən təqdim etməyi xahiş edib.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin yazdığına görə, NATO ilə Türkiyə arasında Türkiyə hərbi təyyarələrinin 2026-cı ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyada yerləşdirilməsi barədə razılaşma da mövcuddur.
Məqalədə qeyd olunur ki, Ankara hələlik NATO-nun bu müraciətinə necə cavab verəcəyi barədə qərar qəbul etməyib.
Mənbələrin bildirdiyinə görə, Türkiyə qırıcıları bu missiya çərçivəsində sonuncu dəfə 2025-ci ilin əvvəlində patrul uçuşları həyata keçirib.

Daha çox xəbər