Bakı Weather --°C
|

Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin təşkilatçılığı ilə aktual mövzulardan biri olan Süni İntellekt (AI) ilə bağlı gənclərlə maarifləndirici görüş təşkil olunub

11.02.2026 15:29 | 3

Keçirilən tədbirdə “MedImageX: Elmi məqalələr üçün süni intellekt əsaslı tibbi vizualların yaradılması” mövzusu müzakirə olunub.

Tədbirin spikeri, süni intellekt mütəxəssisi Olaf Yunus Laitinen İmanov, tədqiqat sahəsində istifadə olunan müxtəlif süni intellekt növləri haqqında geniş təqdimatla çıxış edib. O, elmi məqalələr üçün qrafik abstraktların, qrafiklərin və vizual materialların yaradılmasında müasir AI alətlərinin rolunu izah edib və bu texnologiyaların tədqiqat prosesini necə sürətləndirdiyini vurğulayıb.

Təqdimatdan sonra iştirakçılar qrup workshoplarında iştirak ediblər. Praktiki sessiya zamanı iştirakçılar süni intellekt alətlərindən istifadə edərək verilmiş tapşırıqlar üzərində işləyib və real vaxtda elmi vizual materiallar hazırlayıblar. Spiker proses boyunca iştirakçılara dəstək olub, izahlar verib və hazırlanan işlərə dair fərdi rəylər bildirib.

Tədbir sonda xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb. Bu görüş iştirakçılara həm nəzəri bilik, həm də praktiki bacarıqlar qazandıraraq, tibbi tədqiqatlarda süni intellektin tətbiq imkanlarını daha yaxından tanımaq imkanı yaradıb.


Daha çox xəbər